Mariam Laşxi - İnovasiya və Texnologiya Agentliyi qrant proqramının qaliblərini Nyu-Yorka və Kaliforniyada keçirilən "Silikon Veli" treninqinə göndərəcək
Mariam Laşxi - İnovasiya və Texnologiya Agentliyi qrant proqramının qaliblərini Nyu-Yorka və Kaliforniyada keçirilən "Silikon Veli" treninqinə göndərəcək

İnovasiya və Texnologiya Agentliyi qrant proqramının qalibi olan şirkətlərin nümayəndələrini texnologiya biznesinin mərkəzi olan Nyu-Yorka və Kaliforniyada keçirilən “Silikon Veli” treninqlərinə göndərəcək, – bu barədə bəyanatı Gürcüstanın İnovasiya və Texnologiya Agentliyinin sədr müavini Mariam Laşxi Gürcüstanın Birinci Kanalının “Biznespartnyor” verlişində qonaq olarkən verdi.

Verlişdə Gürcüstanda texnologiya sahəsində fəaliyyətə yeni başlayan, “startap” şirkətlərin imkanları və perspektivləri müzakirə olunurdu. Qeyd olunan şirkətlərə agentlik dəstək verir.

İnovasiya və Texnologiyalar Agentliyi dünən agentliyin həm-maliyyələşdirilməsi ilə qrant proqramının 20 qalibini elan etdi, hansılarına 100 000 lari verildi.

Qalib olan şirkətlərdən dördünün nümayəndəsi müasir texnologiya metodologiyalarını Nyu-Yorkda öyrənəcək. Üçü isə, “Silikon Velinin” biznesinkubatorunda treninqlər keçəcək.

Qeyd olunan treninq proqramını Amerika Səfirliyi təşkil edir.

Mariam Laşxinin dediyinə görə, müsabiqə qaliblərinin seçilməsinə dövlət qarışmayıb və qərarı beynəlxalq mütəxəssislərlə komplektləşdirilmiş investisiya komitəsi verdi.

Müsabiqədə 180-dən artıq şirkət iştirak etdi, keçən il isə, 150 şirkət iştirak etmişdi.