Mariam Kvrivişvili - Yanvar ayında Gürcüstana beynəlxalq səyahətçilərin sayı rekord göstəriciyi - 633 mini keçdi
2020-ci ilin yanvar ayında Gürcüstana 633 201 beynəlxalq səyahətçi gəldi və bu da keçən ilin yanvar ayın göstəricilərindən 19.8 faizlə artıqdır.
Vizitorlar haqqında statistik göstəriciləri Milli Turizm Administrasiyası yayır.
İqtisadiyyat və Stabil İnkişaf Nazirliyinin Turizm administrasiyasına isə, məlumatı Daxili İşlər Nazirliyi verib.
Milli Turizm Administrasiyasının məlumatında qeyd olunur ki, Rusiya tərəfindən Gürcüstanla aviasiya məhdudiyyətinin qoyulmasından sonra Gürcüstan iqtidarı əlindən gələni etdi ki, ölkə turizminə bunun mənfi təsirini minimuma düşürsün.
“2019-cu ildə, Turizmin Milli Administrasiyası məqsədlənən bazarlarda əhəmiyyətli fəallıqlar həyata keçirdi. Dünyanın müxtəlif nüfuzlu medya vasitələri və onlayn-platformalarında Gürcüstanla bağlı geniş kampaniyalat həyata keçirildi. Nəticədə, 2020-ci ilin yanvar ayında, Gürcüstana gələn beynəlxalq ziyarətçilərin sayı rekord göstəriciyə çatdı” – deyilir idarə tərəfindən yayılan bəyanatda.