Mariam Kvrivişvili - Vaksinasiya prosesində üstünlüyün turizm sektorunda işləyənlərə verilməsi turizmin tez zamanda bərpa olunmasına yardım edəcək
Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin üzvü Mariam Kvrivişvili vaksinasiya prosesində üstünlüyün turizm sektorunda işləyənlərə verilməsi ilə bağlı baş nazirin qərarını salamlayır.
Kvrivişvili bəyan edir ki, bu qərar turizm indtustriyasının tez zamanda və təhlükəsiz şəkildə bərpasına yardım edəcək.
“Baş nazirin qərarını salamlayıram. Vaksinasiya prosesində üstünlüyün turizm sektorunda işləyənlərə verilməsi turizmin tez zamanda bərpa olunmasına yardım edəcək. Ümid edirəm ki, növbəti qərarlar hava yolları prinsipi ilə, quru yolların da açılması olacaq. Baş nazirin bu qərarının ökə iqtisadiyyatına olan müsbət təsirini yaxın zamanda görəcəyik”, – dedi Mariam Kvrivişvili.