Mariam Kvrivişvili Tayland konqlomeratı “Charoen Pokphand Group”un sədri ilə görüşüb

18:16, 02.10.2026

İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Mariam Kvrivişvili Tailandın ən böyük konqlomeratlarından biri olan “Charoen Pokphand Group”un sədri Kris Suopakic Cearavanont ilə görüşüb.

Görüşdə müxtəlif sektorlarda mümkün gələcək əməkdaşlıq müzakirə olunub. Gürcüstan iqtisadiyyatının tendensiyaları, liberal biznes və investisiya mühiti, həmçinin biznesin təşviqi üçün hökumət proqramları vurğulanıb.

Gürcü tərəfi hökumətin dünyada sınaqdan keçirilmiş “Lendlord” modeli ilə inkişaf etdirdiyi Anaklia dərin su limanı layihəsinə, həmçinin dəmir yolunun modernləşdirilməsinə və Tbilisinin yeni beynəlxalq hava limanına diqqət çəkib.

Görüşdə Gürcüstanın enerji sektorunun potensialı, enerji sektorunda davam edən və planlaşdırılan layihələr müzakirə olunub. Həmçinin Qara dəniz sualtı kabelinin və Yaşıl Enerji Dəhlizi layihəsinin irəliləyişi vurğulanıb.

Taylandın ən böyük konqlomeratlarından biri olan “Charoen Pokphand Group” 23 ölkədə fəaliyyət göstərir və 456 mindən çox əməkdaşı özündə birləşdirir. Bu biznes birliyi qida və aqrobiznes, pərakəndə və elektron ticarət, telekommunikasiya, daşınmaz əmlak, infrastruktur, maliyyə və avtomobil sənayesi daxil olmaqla müxtəlif sektorlarda fəaliyyət göstərir.

Görüşdə İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavini İrakli Nadareişvili, İnvestisiyalar Agentliyinin direktoru Mixeil Xidureli və Gürcüstan İqtisadi İnkişaf Korporasiyasının baş direktoru İrakli Qabriadze iştirak ediblər.

İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi məlumat yayır.

Oxşar