Mariam Kvrivişvili restoran sənayesinin nümayəndələri  ilə növbəti işgüzar görüşünü keçirib
 Mariam Kvrivişvili restoran sənayesinin nümayəndələri  ilə növbəti işgüzar görüşünü keçirib

 

Yeni təlimat və qaydaların qəbulu ilə bağlı  Milli Turizm Administrasiyasının  rəhbəri,Mariam Kvrivişvili növbəti işgüzar görüşünü bu dəfə restoran sənayesinin nümayəndələri ilə keçirib.Məlumatı Milli Turizm Administrasiyasının  Mətbuat Xidməti yayır.

Onların verdiyi məlumata görə,   Mariam Kvrivişvili, qastronomik turizm biznesində çalışan müxtəlif assosiasiyaların  , Kulinariya Federasiyasının nümayəndələri və aşpazlar ilə birlikdə qida müəssisələri üçün hazırlanmış  yeni qaydaları ətraflı müzakirə edib.

Onlayn formatda keçirilən işgüzar görüşdə, Səhiyyə Nazirliyinin Əmək Şəraitinin Təftişi İdarəsinin rəhbəri, Beka Pheradze və Biznes Ombudsman aparatının nümayəndələri iştirak ediblər.

Verilən məlumata görə,görüşdə restoran və müxtəlif qida müəssisəsində sosial uzaqlaşdırma məsələsinə,qida və təmizliklə bağlı yeni tənzimləmələrə,qonaqlar və əməkdaşlar  üçün olan yeni normalara    dair müzakirə baş tutub

Turizm Administrasiyasından da bildirildiyi üzrə, Mariam Kvrivişvili oxşar məzmunlu işgüzar  formatlı görüşləri turizm sənayesinin bütün sektorları  ilə keçirib.