Mariam Kvrivişvili - Kutaisi Aeroportunda sərnişin axını tam bərpa oldu, uçuşların sayı isə, 21 faiz artdı
2022-ci ilin iyun ayında Kutaisi Beynəlxalq Aeroportu 76 052 sərnişinə və 298 reysə xidmət göstərdi. Bu göstəriciyə əsasən, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə aeroportda sərnişin axını tam bərpa oldu, uçuşların sayı isə, 21 faiz artdı, – İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini, Mariam Kvrivişvili bəyan etdi.
Onun dediyinə görə, sərnişinlərin və uçuşların sayının artmasına hədəf bazarlarda həyata keçirilən, uçuşların coğrafiyasının genişləndirilməsi, yeni turizm bazarlarının tapılması, Gürcüstanın hava bazarına yeni aviaşirkətlərin təqdim edilməsi və mövcud istiqamətlərin artırılmasına yönəlmiş düzgün siyasət səbəb oldu.
Bu mərhələdə Kutaisi Beynəlxalq Aeroportunda 14 ölkənin 25 istiqamətinə beş aviaşirkət fəaliyyət göstərir. Avqustun 1-dən Kutaisi Aeroportundan Tallin və Parisə uçuşlar əlavə olunacaq və mövcud on istiqamətin tezliyi artacaq.