Mariam Kvrivişvili - Covid-19-dan zərər görən sahələrə yeni layihələrlə yardım edəcəyik
Covid-19-dan zərər görən sahələrə yeni layihələrlə yardım edəcəyik, – bu barədə bəyanatı koordinasiya şurasının iclası başa çatdıqdan sonra, İqtisadiyyat Nazirliyinin Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili verdi.
O yeni layihələr haqqında danışdı, hansına əsasən, fotoqraflara və turizm sahəsinin nümayəndələrinə yardım ediləcək.
“Gürcüstanda səyahət et” kampaniyamız aktiv fazaya keçib. Kampaniya çərçivəsində, müxtəlif layihələr həyata keçiririk, onların arasında, marketinq PR və sairə layihələr var. Gürcüstanın baş nazirinin tapşırığı ilə, fotoqraflarla görüşdük, onları bir neçə maraqlı layihə ilə tanış etdik, hansılarda covid-19 zamanı zərər çəkən fotoqrafların qoşulması xüsusi ilə önəmlidir” – dedi Mariam Kvrivişvili.
Milli Turizm Administrasiyasının rəhbərinin bəyanatına görə, yeni layihə çərçivəsində, fotobank da yeniləşdiriləcək.