Mariam Kvrivişvili-İsrailin Turizm Nazirliyinin baş direktoru ilə olduqca müsbət dialoq baş tutdu,danışıqlar sürətli və effektiv şəkildə aparılır
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Milli Turizm İdarəsinin rəhbəri,Mariam Kvrivişvili və İsrailin Turizm Nazirliyinin baş direktoru,Amir Halev arasında onlayn dialoq baş tutub.Söhbət zamanı iki ölkə arasında təhlükəsiz dəhlizin yaradılması və gələcək əməkdaşlıq barədə müzakirə aparılıb.
Turizm İdarəsindən verilən məlumata əsasən,İsrail Gürcüstan üçün mühüm turistik istiqamətdir.
Onlayn görüşdə Gürcüstanın İsraildəki Fövqəladə və Səlahiyyətli səfiri,Laşa Jvania iştirak edib.
Gürcüstanın İsraildəki Fövqəladə və Səlahiyyətli səfiri,Laşa Jvania bildirib ki, Gürcüstan turizmin açıla biləcəyi ölkələr kontekstində İsraili müzakirə etdiyi kimi, İsrail də Gürcüstanı belə istiqamətlərdən hesab edir və bu prosesdir.
Hazırladı-Sevinc Mustafayeva