Mariam Kvrivişvili - İran vətəndaşları üçün yeni meyarlar hazırlandı, hansılara əsasən, onları yoxlayıb, Gürcüstana elə buraxacaqlar
Milli Turizm Agentliyinin rəhbəri Mariam Kvrivişvilinin bəyanatına görə, İran vətəndaşları üçün xüsusi meyarlar yaradıldı, hansılara əsasən, onları öncə yoxlayıb, sonra Gürcüstana buraxacaqlar.
Kvrivişvili İrandan Gürcüstana gələn turistlərinin sayının qəflətən azaldılması ilə bağlı şərh verdi.
Bununla yanaşı, Daxili İşlər Nazirliyinin məlumatına görə, Gürcüstana daxil olmaq üçün ən çox İran vətəndaşlarına manələr yaradılır.
“İrandan gələn turistlərini sayının azalması 2018-ci ilin sonundan başladı. Daxili İşlər və Xarici İşlər Nazirliklərinə müraciət etdik ki, hər bir ölkənin vətəndaşları üçün uyğun olan sərhəd nəzarəti mexanizmləri yaradılsın ki, Gürcüstana gələn turistlər hansı meyarları nəzərə alacaqlarını dəqiq bilsinlər ki, sərhəddə problem yaranmasın. Söhbət ölkənin təhlükəsizliyindən gedir və bu da bizim üçün önəmlidir” – dedi Kvrivişvili.
Türkiyədən gələn turistlərin sayının azalması ilə bağlı isə, turizm administrasiyası bunu Türkiyə iqtisadiyyatında baş verən mənfi proseslərlə açıqlayır.