Mariam Kvrivişvili - Gürcüstanın "ITB Berlin 2023" sərgisində aktiv iştirakı ölkəni yeni hədəf bazarlara çıxaracaq
Berlinin irimiqyaslı turizm sərgisi “ITB Berlin 2023” rəsmən bağlanıb. Gürcüstan sərginin rəsmi ev sahibi ölkəsi kimi 180-dən çox dövlətin nümayəndəsinə və 200 minə qədər ziyarətçiyə ölkənin turizm sektorunun potensialı, adət-ənənələri, qonaqpərvərliyi və digər görməli yerləri haqqında ətraflı məlumat verib.
Gürcüstanın şüarı “Sərhədsiz qonaqpərvərlik” sərgidə idi. Sərgini dünyanın müxtəlif ölkələrindən 5000-ə yaxın media nümayəndəsi işıqlandırıb.
“Berlin sərgisində bizim müstəsna maraqlı və əhatəli pavilyonumuz var idi. Biz qonaqlara özünəməxsus mədəni irsi, təbiət abidələri, görkəmli folkloru, ləzzətli mətbəxi və 8000 illik fasiləsiz şərabçılıq tarixi ilə dünyanın haqlı olaraq ölkəmizi şərabın vətəni adlandıran Gürcüstanı tanıtdıq. Eyni zamanda, biz müasir nailiyyətlərlə – davamlı inkişaf edən kurortlarla fəxr edə bilərik. Biz Gürcüstanı yaxşı inkişaf etmiş dörd mövsüm turizm ölkəsinə çevirmək üçün aktiv işləyirik və buna görə də müxtəlif istiqamətlərə investisiyalar qoyulur. O cümlədən yeni, cəlbedici turizm yerləri, balneoloji kurortlar, kanat yolları və digər infrastruktur, rəqabətqabiliyyətli xidmətlər inkişaf etdirilir”- deyə nazir müavini bildirib.
Mariam Kvrivişvili bildirib ki, Gürcüstanın “ITB Berlin 2023” sərgisində ev sahibi ölkə kimi iştirakı Gürcüstanda beynəlxalq səyahətçilərin sayını əhəmiyyətli dərəcədə artıracaq və ölkəni Almaniya və digər Aİ ölkələri də daxil olmaqla, yeni hədəf bazarlarına uğurla çıxaracaq.
O, həmçinin Gürcüstanın mülki aviasiya sektorunun inkişaf dinamikasını vurğulayıb.
“Biz yerli aviasiya bazarına daha çox yeni aviaşirkətlər, mövcud daşıyıcıları isə istiqamətləri və uçuş tezliklərini artırmaq üçün aktiv şəkildə işləyirik. Bu, xüsusilə Avropa istiqamətləri üçün aktualdır ki, daha çox avropalı turist Gürcüstana səyahət edə bilsin”-deyə nazir müavini bildirib.
80 gürcü şirkətinin iştirak etdiyi “ITB 2023” sərgisində Gürcüstan stendi 1000 kvadratmetr sahədə yerləşirdi.
Sərgidə Gürcüstanın Milli Turizm Administrasiyası ilə yanaşı Acaranın Turizm və Kurortlar Departamenti, Tbilisi Meriyası, Turizm Assosiasiyaları, Təyinat yerlərinin idarə edilməsi təşkilatları və Hava Limanları Assosiasiyası iştirak edirdilər.
Məlumatı Milli Turizm Administrasiyası yayır.