Mariam Kvrivişvili - Gürcüstan "ITB Berlin" sərgisində əsas pavilyonda xüsusi stendlə təmsil olunacaq
Mariam Kvrivişvili - Gürcüstan "ITB Berlin" sərgisində əsas pavilyonda xüsusi stendlə təmsil olunacaq

 

Berlində dünyanın ən böyük turizm sərgisi üçün Gürcüstanın əsas pavilyonunun qurulması aktiv şəkildə davam edir. İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvili Gürcüstanın ev sahibi ölkə olaraq təmsil olunacağı “İTB Berlin”ə hazırlıqla tanış olub. Nazir müavini ilə yanaşı, “ITB Berlin”in direktoru Debora Rot və Milli Turizm Administrasiyasının rəhbəri Maia Omiadze Gürcüstan üçün ayrılmış sərgi lokasiyalarında olublar.

Mariam Kvrivişvili Gürcüstanın stendinin sərgidə iştirak edən digər ölkələrin stendləri arasında xüsusi olacağını bildirib.

“Ölkəmizin Berlində əsas pavilyonunun tikintisi son mərhələdədir və artıq ilk konturlardan Gürcüstanın stendinin “İTB Berlin”in digər iştirakçı ölkələri ilə münasibətdə xüsusi olacağı aydın olur. Məqsədimiz ölkəmizin mədəniyyətini, tarixini və müasirliyini, eləcə də çox fəxr etdiyimiz qədimliyi layiqincə və düzgün təqdim etmək idi”- deyə Mariam Kvrivişvili açıqlayıb.

Nazir müavini sərgidə 80-dən çox gürcü şirkətinin iştirak edəcəyini, onların sərgi zamanı aparıcı beynəlxalq turizm sənayesinin nümayəndələri ilə işgüzar əlaqələr qurmaq üçün yaxşı imkana malik olacaqlarını bildirib.

“Bizi dolu qrafikə malik bir neçə gün gözləyir. Ölkəmiz əsas pavilyonda əsas stendlə təmsil olunur, eyni zamanda, bizim macəra turizmi pavilyonunda, eləcə də əsas girişdə ayrıca stendimiz olacaq”-deyə Kvrivişvili açıqlayıb.

O, önümüzdəki günlərdə Gürcüstanın yenidən beynəlxalq medianın episentrində olacağını və “İTB Berlin”ə ev sahibliyi etməyin ölkəmizə turizm sektorunun inkişafında olduqca böyük, yeni təkan verəcəyini bildirib.

“Əminik ki, “ITB Berlin” başa çatdıqdan sonra ölkəmiz turizm sənayesini yeni səviyyəyə qaldıracaq və Gürcüstanda artan turist axınlarına ev sahibliyi edə biləcəyik”-deyə Mariam Kvrivişvili açıqlayıb.

Məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti yayır.