Mariam Kvrivişvili-Gürcüstan Covid sonrası dünyada əsas turistik istiqamətə çevrilə bilmə potensialına malikdir
Gürcüstan Covid sonrası dünyada əsas turistik istiqamətə çevrilə bilmə potensialına malikdir-bu barədə Turizm Milli Administrasiyasının rəhbəri Mariam Kvrivişvili bildirir.
Turizm Milli Administrasiyasından bildirilib ki,beynəlxalq mətbuat Gürcüstanı Covid sonrası dünyada ən təhlükəsiz turistik istiqamət olaraq tanıyır .Xarici mətbuat Gürcüstan hökuməti tərəfindən koronavirus əleyhinə atılmış addımları bəyənir.Onların sözlərinə görə,beynəlxalq aləmdə tanınma ,ölkənin Covid 19-ilə mübarizədə göstərdiyi uğurlu işin nəticəsidir.Onlar bildiriblər ki,gələcəkdə,təhlükəsiz və koronavirusdan azad ölkə statusu,turistlərin səyahət üçün məhz Gürcüstanı seçmələrinin əsas səbəblərindən olacaq.
Hazırladı-Sevinc Mustafayeva