Mariam Kvrivişvili Finlandiyanın xarici işlər nazirinin müavini ilə görüşüb
Biz bir çox vacib məsələləri müzakirə etdik və iki ölkə arasında iqtisadi əməkdaşlıq çərçivəsində prioritet istiqamətlərin, o cümlədən turizm və birbaşa uçuşların stimullaşdırılmasının daha da inkişaf etdirilməsi üçün ümumi fəaliyyət planlaşdırdıq -bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvili Finlandiya xarici işlər nazirinin müavini Nina Vaskunlati ilə görüşdən sonra açıqlayıb.
Mariam Kvrivişvili Gürcüstan və Finlandiya arasında investisiyaların, turizmin, hava nəqliyyatının, innovasiyaların və iqtisadiyyatın digər mühüm sahələrinin inkişafı üçün böyük potensial olduğunu bildirib.
Görüşdə hər iki ölkənin iqtisadi əməkdaşlıq sahələrini dərinləşdirməyə və genişləndirməyə hazır olduğu vurğulanıb. Mariam Kvrivişvili Finlandiya nümayəndə heyətini Gürcüstanın biznes mühiti, iqtisadi artım tendensiyaları və uzun illərdir Gürcüstanın investisiya cəlbediciliyini fəal şəkildə qoruyan islahatlar barədə ətraflı məlumat verib.
Bu barədə məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayır.