Mariam Kvrivişvili - Dövlətin fermerlərin yanında durması üçün bir sıra instrumentləri var, mən şadam ki, Gürcüstan məhsulları 2,3 milyardlıq istehlak bazarına daxil ola bilir
Sizin fəaliyyətiniz Gürcüstan iqtisadiyyatının inkişafı və ölkədə iş yerlərinin açılması üçün böyük əhəmiyyət kəsb edir. Dünyanın bir çox ölkələrində, o cümlədən yüksək inkişaf etmiş ölkələrdə Gürcüstanın cəsarətlə mövqe tuta bildiyi belə yüksək keyfiyyətli məhsullar yaratdığınız üçün sizə təşəkkür etmək istərdim, – İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Mariam Kvrivişvili peşə gününü qeyd etmək üçün toplaşan fermerlərə belə müraciət etdi.
Gürcüstan Fermerlər Assosiasiyasının təşkilatçılığı ilə bu gün 2015-ci ildən qeyd olunur.
“Gürcüstan dövlətinin sizin tərəfinizdə durmaq üçün bir sıra instrumentləri var – istər texniki və maliyyə dəstəyi, istər kənd təsərrüfatı məhsullarının ixracının artımının təşviqi, o cümlədən azad ticarət sazişləri vasitəsilə. Şadam ki, biz son illər bununla bağlı ciddi nəticələr əldə etmişik və bu gün Gürcüstan məhsulları azad ticarət rejimi altında dünya istehlak bazarının 1/3 hissəsinə, 2,3 milyardlıq istehlak bazarına çıxa bilir. Üstəlik, biz bu istiqamətdə işləri uğurla davam etdiririk”, – deyə Mariam Kvrivişvili bildirib.
Tədbirdə uğur qazanmış 9 fermer müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. Mövcud nominasiyalara bu il daha biri – “İlin aqroturizm obyekti” əlavə edildi, qalibi isə Mariam Kvrivişvili elan etdi. Tədbirdə dövlət və özəl sektorun, diplomatik korpusun, qeyri-hökumət, donor təşkilatların, sektor birliklərinin 200-dən çox nümayəndəsi iştirak edib.
Bu barədə məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti yayıb.
Müəllif -
Mehemmed Bayramaliyev