Mariam Kvrivişvili Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb

15:14, 18.11.2026

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb.

Görüş baş nazirin müavininin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.

Gürcüstanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, iki ölkənin nazirləri Gürcüstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın, ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi perspektivlərini, eləcə də davam edən və planlaşdırılan birgə regional layihələri müzakirə ediblər.

“Görüşdə Gürcüstan ilə Azərbaycan arasında müxtəlif sektorlarda əməkdaşlığın və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. İki ölkə arasındakı uğurlu tərəfdaşlığın regional və beynəlxalq əhəmiyyətli iqtisadi, enerji və nəqliyyat layihələrinin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Söhbətdə 2026-cı ilin 9 ayının göstəricilərinə əsasən 14% artaraq 1,1 milyard dolları ötən ticarət dövriyyəsinin artımının müsbət dinamikasına toxunulub.

Nəqliyyat və logistika sahələrində tərəfdaşlığın gücləndirilməsinə, Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasına və regional əhəmiyyətli infrastruktur layihələrinin inkişafına xüsusi diqqət yetirilib. Gürcü tərəfi davam edən və planlaşdırılan miqyaslı infrastruktur layihələrinə, o cümlədən Anaklia dərin su limanına, Vaziani yeni beynəlxalq hava limanına və dəmir yolunun modernləşdirilməsinə diqqət yetirib“,– qurumun məlumatında deyilib.

Oxşar