Mariam Kvrivişvili - 2023-cü ildən Çin ilə müntəzəm uçuşlar bərpa olunacaq
Mariam Kvrivişvili - 2023-cü ildən Çin ilə müntəzəm uçuşlar bərpa olunacaq

 

Çin Xalq Respublikasının aparıcı aviaşirkətlərindən biri “China Southern Airlines” Gürcüstan istiqamətində müntəzəm hava hərəkətini bərpa edəcək. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvili Çin aviaşirkətinin qərarı ilə bağlı açıqlama verib.

“Çinlə birbaşa uçuşların bərpa olunacağı yaxşı haldır. Çin Gürcüstanın turizm sektoru üçün prioritet istiqamətlərdən biridir. Ənənəvi olaraq Çindən gələn turistlər xərcləmə gücü ilə seçilirlər. Əminəm ki, birbaşa uçuşlar daha çox çinli turistin gəlişinə töhfə verəcək, eləcə də 2023-cü ildə turizm və mülki aviasiya sektorunun inkişaf dinamikasına müsbət təsir göstərəcək, Gürcüstan və Çin arasında iqtisadi- ticarət əlaqələrinin dərinləşməsi üçün əlavə stimul olacaq”-deyə Mariam Kvrivişvili açıqlayıb.

Nazir müavini Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin, ölkənin aviasiya siyasətini müəyyən edən digər qurumların Gürcüstanın aviasiya bazarına yeni aviaşirkətlərin daxil edilməsi istiqamətində aktiv iş apardığını açıqlayıb. O, Gürcüstanın mülki aviasiya sektorunda regional tranzit qovşağına çevrilmək üçün bütün imkanlara malik olduğunu bildirib.

Qeyd etmək lazımdır ki, 2019-cu ildə, pandemiyadan əvvəl Çindən 48 071 beynəlxalq səfər olub ki, bu da 2018-ci illə müqayisədə 50,9% artım idi və Çin ilk 15 ölkə arasında on beşinci yeri tuturdu.

Urumçi-Tbilisi-Urumçi hava xətti ilə müntəzəm uçuşlar 2023-cü ilin yanvarından başlayacaq. Gürcüstanın Mülki Aviasiya Agentliyinə təqdim edilən müraciətə əsasən, Urumçi ilə Tbilisi arasında qış naviqasiya mövsümünün sonunadək – 2023-cü ilin martın 25-dək müntəzəm uçuşlar həftədə bir dəfə, hər cümə günü yerinə yetiriləcək. “China Southern Airlines” 2020-ci ilin yanvarında “Covid-19” infeksiyası ilə bağlı pandemiya səbəbindən Gürcüstana uçuşları dayandırıb. Gürcüstana sonuncu müntəzəm reys 2020-ci ilin yanvarın 23-də həyata keçirilib.

Bu barədə məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayır.