Maria Zaxarova – Rusiya Böyük Britaniyanın qeyri-dost qərarına cavab olaraq, müvafiq tədbirlər görəcək
Rusiya Böyük Britaniyanın qərarına cavab olaraq, müvafiq tədbirlər görəcək.
Bu barədə bəyanatı Rusiyanın Xarici İşlər Nazirlyinin rəsmi nümayəndəsi Maria Zaxarova Moskvada keçirdiyi brifinqdə verdi.
Zaxarova Rusiyaya qarşı Böyük Britaniyanın suçlamalarını dəlilik adlandırdı, qoyduğu addımlarının isə, qeyri-dost olduğunu bildirdi.
“Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən Rusiyaya qarşı dəliliyə bənzər suçlamalar edildi. Əlbəttə ki, Böyük Britaniyanın qeyri-dost addımlarına cavab olaraq, müvafiq tədbirlər görüləcək. Hazırda hansı tədbirlərin görüləcəyi müzakirə olunur” – dedi Maria Zaxarova.
Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyaya birdaha müraciət etdi ki, Böyük Britaniya ərazisində mövcud olan kimyəvi silahın istifadəsi haqqında məlumat versin.
Maria Zaxarovanın dediyinə görə, Rusiya Böyük Britaniyaya bir neçə nota göndərdi, hansıların məqsədi böyük Britaniya ərazisində zəhərləyici maddənin istifadəsi ilə bağlı dialoqun başlamasına aid idi.
Zaxarovanın dediyinə görə, qeyd olunan notalarda Rusiya rəsmi Londona Skripalinin ölümünün istintaqı ilə bağlı birgə əməkdaşlığlın zərurtəindn bəhs edirdi.
Böyük Britaniya iqtidarı sabiq rus kəşfiyyatçısı Sergey Skripalinin zəhərlənərək ölməsinə görə məsuliyyəti Rusiya üzərinə atdı və ölkədən 23 rus diplomatını qovalayacağını bəyan etdi və həmçinin, Sergey Lavrovun Londona səfərini ləğv etdi.