Maria Zaxarova - Haaqa Məhkəməsinin 2008-ci ildə Gürcüstandakı vəziyyətlə bağlı istintaqı ədalət mühakiməsinə yönəlik riyakarlığı və ikili standartlı yanaşmanı bir daha göstərdi
Maria Zaxarova Beynəlxalq Cinayət Məhkəməsi Prokurorluğunun 2008-ci ildə Gürcüstandakı vəziyyətlə bağlı apardığı istintaqın ədalət mühakiməsinə yönəlik riyakarlığı və ikili standartlı yanaşmanı bir daha göstərdiyini bildirib. Bu barədə Rusiyanın rəsmi nümayəndəsinin yaydığı bəyanatda deyilir.
“14 illik fəaliyyətdən sonra regionun xüsusiyyətlərini bilməyən, lakin qərbli yiyələrinin siyasi əmrinə tabe olan müstəntiqlər vəziyyəti alt-üst etdilər və kinayəli şəkildə münaqişənin təsirinə məruz qalan tərəfi günahlandırdılar. Nəticədə Rusiya vətəndaşlığı da olan üç Cənubi Osetiya vətəndaşı barəsində üç həbs orderi çıxarıldı. Onlar etnik gürcüləri mifik qısnamada ittiham olunublar”- deyə bəyanatda bildirilir.
Bununla yanaşı, Zaxarova bildirib ki, Haaqa Beynəlxalq Məhkəməsi “Gürcüstan Silahlı Qüvvələri tərəfindən dinc Sxinvalinin vəhşicəsinə bombalanması və rus sülhməramlılarına hücum”la maraqlanmayıb.
Rusiya Xarici İşlər Nazirliyində həmçinin Moskvanın Haaqa Məhkəməsi ilə əməkdaşlıq etmədiyini vurğulayıblar.