Erməni xalqı siyasi krizis ilə özü baş gəlməlidir, – bu barədə bəyanatı Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat spikeri Maria Zaxarova verdi.
Maria Zaxarovanın dediyinə görə, kimin iqtidara gəlib, hansı kursu davam edəcəyi ilə bağlı, Ermənistanda qanun əsasında konsensusa nail olunmalıdır.
“Ümid edirik ki, erməni xalqı müdrik qərar verəcək”, – dedi Maria Zaxarova.
Mətbuat konfransında jusrnalistlər Dağlıq Qarabağ məsələsinə də diqqət yetirdilər.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi bəyan etdi ki, qeyd olunan istiqamətdə, Moskva Yerevana qarşı öhdəliyini yerinə yetirdi. Ermənistanla əlaqə qopmayıb və davam edir.
Zaxarovanın bəyanatına görə, hər iki tərəfin diploimatları gələcəyi düşünməlidirlər və Qarabğ münaqişəsi dialoq yolu ilə tənzimlənməlidir.