Maria Peyçinoviç Buriç Racada baş vermiş təbii fəlakətlə əlaqədar İrakli Ğaribaşviliyə başsağlığı verir - qorxmadan insanları xilas etməyə çalışanları yüksək qiymətləndiririk, bütün yaralıların tezliklə sağalmasını arzulayırıq
Avropa Şurasının baş katibi Maria Peyçinoviç Buriç Gürcüstanın Baş naziri İrakli Ğaribaşviliyə Racada baş vermiş təbii fəlakətlə bağlı başsağlığı verir.
“Hörmətli Baş nazir, Şovidə insan tələfatı ilə nəticələnən dağıdıcı torpaq sürüşməsi barədə məlumat aldığım üçün çox kədərləndim. İcazə verin, Avropa Şurası adından sürüşmə nəticəsində həlak olanların ailələrinə başsağlığı verim. Biz qorxmadan insanları xilas etmək və kömək etmək üçün əllərindən gələni edənləri çox yüksək qiymətləndiririk. Bütün xəsarət alanların tezliklə sağalmasını diləyirik”, – Maria Peyçinoviç Buriç başsağlığı məktubunda yazıb.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. 17 nəfər ölüb. Mövcud məlumatlara görə, təbii fəlakət bölgəsində 18 nəfərin axtarışı davam edir.
Gürcüstanda 7 avqust matəm günü elan edilib.