Maria Qabriel - Gürcüstan iqtidarı və gürcü xalqı ilə bərabər əldə etdiyim müvəffəqiyyətə görə qürür hiss edirəm
“Gürcüstana vizasız rejimin verilməsi, onu göstərir ki, Gürcüstan Avopa İttifaqının dostu və strateji partnyorudur.
Şərq partnyorluğunun təhlükəsizliyi və güclənməsi məsələsinə Gürcüstan önəmli qatqı verir, – bu barədə bəyanatı Birinci Kanala verdiyi eksklüziv müsahibə zamanı rəqəmli iqtisadiyyat məsələləi üzrə avrokomissar Maria Qabriel verdi.
Avrokomissarın bəyanatına görə, Gürcüstanda həyata keçirilən islahatların əsas benefisiarı əhalidir.
Onun dediyinə görə, vizasız gediş-gəliş xalqlar arasında əlaqələri gücləndirir və necə Gürcüstan, eləcədə, Avropa İttifaqı ölkələri üçün mənfəətlidir.
“Gürcüstan xalqı əldə etdiyi nailiyyətlə qürur hiss etməlidir. Vizasız gediş-gəliş rejimi Gürcüstan və avropa İttifaqı arasında güclü körpüdür” – dedi Maria Qabriel.
Avrokomissar Gürcüstana vizaliberalizasiyanın verilməsi ilə bağlı əsas məruzəçi olduğu müddəti xatırladı və bəyan etdi ki, Gürcüstan iqtidarı və gürcü xalqı ilə bərabət əldə etdiyi müvəffəqiyyətlə qürur duyur.
“Gürcüstan məsələsi üzrə əsas məruzəçi olaraq, gürcü xalqının nə qədər məqsədyönlü olduğunu gördüm. Bugün onlara öz rəğbətimi bildirmək istəyirəm. Vizaliberalizasiyadan sonra, Avropa İttifaqı Gürcüstanla əməkdaşlıq imkanlarını genişləndirir” – dedi Maria Qabriel.