Giorgi Marqvelaşvili Avropa ölkələrində gürcülərin kriminal kimi göstərilməsini Rusiya təbliğatının bir hissəsi kimi görür
Giorgi Marqvelaşvili Avropa ölkələrində gürcülərin kriminal kimi göstərilməsini Rusiya təbliğatının bir hissəsi kimi görür

Prezident Giorgi Marqvelaşvili Avropa ölkələrində gürcülərin kriminal kimi göstərilməsini Rusiya təbliğatının bir hissəi olduğunu hesab edir.

Bu mövzu ilə bağlı prezident Telavidə tələbələrlə görüş zamanı söhbət etdi.

Giorgi Marqvelaşvili bu məsələdə Gürcüstan iqtidarının rolunun və güc strukturlarının fəaliyyətinin effektiv olduğunu bəyan etdi.

“Kriminal hər yerdə və hər ölkədə var. Deyə bilərəm ki, bizim polis attaşeləri çox fəal şəkildə işləyirlər”.

Gürcülərin müvəffəqiyyəti rus siyasətçiləri tərəfindən ağır qəbul edilir və onlar çalışırlar ki, elə göstərsinlər güya gürcülər Avropa üçün təhlükədirlər. Biz daha çox vətəndaşlarımızın məlumatlandırılmasına və bilgilərinin artırılmasına diqqət yetirməliyik” – dedi Giorgi Marqvelaşvili.