Marqus Tsahkna bildirir ki, Estoniya daha 14 gürcü məmura qarşı sanksiya tətbiq edib.
Marqus Tsahkna bildirir ki, Estoniya daha 14 gürcü məmura qarşı sanksiya tətbiq edib.

Estoniya baş nazir İrakli Kobaxidze də daxil olmaqla daha 14 gürcü rəsmiyə sanksiya tətbiq edib.

Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna sosial şəbəkədə yazır.

“Gürcüstan hakimiyyətinin aksiya iştirakçılarına, jurnalistlərə və müxalifət liderlərinə qarşı törətdiyi zorakılıq cinayətdir və insan haqlarına ziddir. Mən bütün Aİ ölkələrini reaksiya verməyə və müvafiq tədbirlər görməyə çağırıram”. – Margus Tsahkna yazır.

Bundan əvvəl Litva və Estoniyanın xarici işlər nazirləri ölkələrinə girişi qadağan olunmuş Gürcüstan vətəndaşlarının siyahısını dərc etmişdilər.