Maraqlanan şəxslər A kateqoriyalı taksi icazəsini ala, sata və icarəyə götürə biləcəklər
2023-cü il 20 martdan mövcud sistem üzrə A kateqoriyalı icazələrin verilməsi dayandırılacaq və onu fiziki şəxsdən alqı-satqı və ya icarə yolu ilə əldə etmək mümkün olacaq, – bu barədə taksilər islahatının üçüncü mərhələsinin təqdimatında məlum oldu.
İcazələrin alınması və ya icarəyə götürülməsi üçün taksi icazəsi bazarı yaradılacaq. Bazarda yalnız fiziki şəxslər deyil, hüquqi şəxslər də icazə ala biləcəklər.
Yuxarıda qeyd olunan imkan – “taxi.tbilisi.gov.ge” elektron sistemində mümkün olacaq.