Mamuka Xazaradze və Badri Caparidze Kaxa Kuçava ilə görüşdülər

16:00, 08.11.2021

Lelo liderləri Mamuka Xazaradze və Badri Caparidze Gürcüstan parlamentinin sədri Kaxa Kuçava ilə görüşdülər.

Görüşdə müzakirə mövzusu Lelonun dialoq aparmaq təşəbbüsü olub.

Qapalı keçirilən görüş Kaxa Kuçavanın ofisində baş tutub.

Görüşdən sonra Mamuka Xazaradze və Badri Caparidze bəyanatlarla çıxış ediblər.

“Biz bəyanat verdik ki, dialoq lazımdır, çünki biz keçmişdə qarşıdurmanın, sonda hara getdiyini görmüşük. Parlament sədri ilə görüşümüz oldu ki, ölkəni mümkün, çox pis ssenaridən qorumaq üçün dialoqa hazırıq. Mandatla ölkədə mövcud olan polemika arasında nə əlaqə var? Cəmiyyət iki yerə bölünür. Qəlbində heç bir duyğu, qəm-qüssənin olmamasından asılı olmayaraq söhbət insanın həyatı və ölümündən gedir. Bu gün söhbət ondan gedir ki, elə bir vəziyyət yaratmalıyıq ki, Gürcüstanın üçüncü prezidenti ölümlə hədələnməsin. Belə getsə, Allah eləməsin, belə müsahibələr daha bizi xilas etməyəcək. Ona görə də biz bu ölkədə konstruktiv dəstəyə birdəfəlik öyrəşməliyik. Konstruktiv həmçinin dialoq və böhran vəziyyətinin idarəolunmasıdır. Kaxa Kuçava müsbət qarşıladı və biz hadisələrin inkişafını gözləyəcəyik”, – deyə Mamuka Xazaradze bildirib.

Badri Caparidzenin sözlərinə görə, bu mövzularda söhbət davam etdiriləcək.

“Biz vəziyyətin gərginliyini azaltmaq üçün hər kəsi dialoqun zəruriliyinə çağıran bəyanatımız haqqında danışdıq. Biz söhbəti davam etdirəcəyik”, – deyə Badri Caparidze bildirib.

Oxşar