Mamuka Xazaradze - seçkilərini saxtalaşdırdıqaları "Lelo" və geridə qalan müxalifət bununla barışmağı və parlamentə daxil olmağı planlaşdırmır
Seçkilərini saxtalaşdırdıqaları, oğurdadıqları “Lelo” və geridə qalan müxalifət bununla barışmağı və parlamentə daxil olmağı planlaşdırmır, – bu barədə “Lelo” partiyasının lideri, Mamuka Xazaradze bəyan etdi.
Xazaradze qeyd edir ki, hakim partiya ilə alver və danışıqların davam etdirilməsini planlaşdırmır əgər müxalifətn əsas tələbi təmin olunmadısa.
“Parlamentdə qəbul olunan qərardan sonra bir daha bəyan edirik, seçkilərini saxtalaşdırdıqaları, oğurdadıqları “Lelo” və geridə qalan müxalifət bununla barışmağı və parlamentə daxil olmağı planlaşdırmır. Bu hakim komanda üçün aydın olmalıdır.
Biz hakim partiya ilə alver və danışıqların davam etdirilməsini planlaşdırmırıq, əgər müxalifətn əsas tələbi təmin olunmadısa – vaxtından əvvəl seçkilərin təyin olunması tələbi. Əgər bu baş vermədisə, birpartiyalı parlament olacaq və “Gürcü Arzusu” yaranmış böhran üzrə məsuliyyəti öz üzərinə götürməli olacaq. Gürcüstan əhalisinin yarısından çoxu isə, parlamentdə nümayəndəsiz qalacaq”, – Xazaradzenin bəyanatında deyilir.
Mamuka Xazaradzenin açıqlamasına görə, “Lelo” ən realistik olaraq 2022-ci ilin yazında təbii baryerlə prosporsional seçkiləri hesab edir.
“Lelo” partiyasının fikrincə ən realistik çıxış yolu 2022-ci ilin yazında, təbii baryerlə prosporsional seçkilərdir – yeni seçki sestemi və MSK-nın yeni tərkibi ilə. 2022-ci il ona görə ki, bu il yerli özünüidarəetmə seçkiləri keçirilməlidir. Buna görə, iki seçkinin eyni zamanda keçirilməsini real hesab etmirik.
Vaxt hamımızın və ölkənin maraqlarına qarşı işləyir! Çünki siyasi böhran nə qədər uzun sürsə, bir o qədər iqtisadi və sosial durum gərginləşəcək, ölkə yoxsullaşacaq, dalandan çıxmaq çərtinləşəcək. Yadda saxlayın ki, ölkəmizin gələcəyi yalnız siyasi partiyaların deyil, həmçinin hər bir vətəndaşın əlindədir”, – Xazaradzenin bəyanatında deyilir.