Mamuka Xazaradze hakim tərəfindən məhkəmə salonundan uzaqlaşdırılıb
“Lelo”-nun lideri Mamuka Xazaradze hakim tərəfindən məhkəmə salonundan uzaqlaşdırılıb.
Məhkəmə prosesində Xazaradzenin vəkilləri bildiriblər ki, prokuror iclasda istifadə etməli olduğu replika yox, yekun çıxış edir. Bundan sonra Mamuka Xazaradze ilə prokuror arasında sözlü münaqişə yaşanıb.
“Üç ildir, ağlınıza gələni deyirsiniz və özünüzə hakim olun. Nəzakətə dair kiminlə danışırsınız, çaşmayasınız. Bura məhkəmə deyil, siz Bidzinanın qullarısınız” – deyə Xazaradze prokurora deyib.
Bununla yanaşı, prokuror Mamuka Xazaradzeni təhdidlərə son qoymağa çağırıb.
Sözlü münaqişədən sonra hakim Mamuka Xazaradzeni məhkəmə salonundan çıxarıb.
Bu gün Tbilisi şəhər məhkəməsində Mamuka Xazaradze, Badri Caparidze və Avtandil Tseretelinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.