Mamuka Xazaradze - Gürcüstanda yeni dövr başlayır, yeni həyat, güclü Gürcüstanın qurulmasına yönəlmiş güc və enerji işə başlayır
Xalqın iradəsi ifadə olunub, indi bu iradəni qorumaq lazımdır, məsələyə son qoymaq lazımdır. – Bu barədə seçki məntəqələri bağlandıqdan sonra keçirilən brifinqdə “Güclü Gürcüstan”ın lideri Mamuka Xazaradze bildirib.
“Sizi salamlayırıq. Rusiya hökumətinin Gürcüstanda məğlubiyyəti münasibətilə sizi təbrik edirəm. Xalqın iradəsi ifadə olunur. İndi bunun mühafizəyə ehtiyacı var. Məsələni sona çatdırmaq lazımdır. Mən məntəqələrdə olan bütün təmsilçilərimizi son dəqiqəyə kimi seçicilərimizin səslərini qorumağa çağırmaq istəyirəm. Bu məsələyə son qoyulmalıdır. Daha bir şey – bu gün Gürcüstan cəmiyyəti, vətəndaşlarımız durğunluq dövrünü başa vurublar. Azadlığa, demokratiyaya, ölkənin yenidən qurulmasına doğru gedən Gürcüstanda yeni dövr, yeni həyat başlayır. Güclü Gürcüstanın qurulmasına yönəlmiş güc və enerji işə başlayır. Ən əsası odur ki, Gürcüstanda Bidzina İvanişvilinin kleptokratik hakimiyyətinə son qoyuldu, gürcü cəmiyyəti buna son qoydu. Hər kəsi təbrik edirəm”. – Mamuka Xazaradze bildirib.