Mamuka Xazaradze - Giorgi Qaxariyadan yeni bir şey eşitmədim, biraz qəribədir ki, sənin rəhbərliyin dövrü bu gün tənqid edirsən
Mamuka Xazaradze - Giorgi Qaxariyadan yeni bir şey eşitmədim, biraz qəribədir ki, sənin rəhbərliyin dövrü bu gün tənqid edirsən

İstənilən siyasətçinin siyasi gələcəyini seçici müəyyənləşdirir, mənim dəyərləndirməmə gəldikdə, bu “Gürcü Arzusu 2”-dir, – bu barədə “Lelonun” lideri, Mamuka Xazaradze Giorgi Qaxariyanın yeni partiyası ilə bağlı bəyan etdi.

Onun dediyinə görə, Qaxariya təqdimatda yeni bir şey deməyib.

“Onun çıxışı zamanı yeni bir şey eşitmədim, daha artıq, biraz qəribədir ki, sənin rəhbərliyin dövrü, baş nazir, İqtisadiyyat naziri, ombudsmen, Daxili İşlər naziri olduğun dövrü bu gün tənqid edirsən ki, sən deməyəsən ölkədə korrupsiya və nepotizm var imiş. O, bu sistemin hissəsidir və ölkəmizdə olan cinayətkar korrupsiya sövdələşmələri və bir sıra problemlərin yaradılmasına məsuliyyət daşıyır. Həqiqətən istəmirəm ki, ictimaiyyətimiz bir daha səhvə daxil olsun, çünki bu sistem pozulmasa və dayanmasa, əgər bu sitemi, hansı da Qaxariya və onun komandası ölkəmizi ən ağır vəziyyətə saldı, yola salmadıqsa, bu ölkənin ciddi gələcəyi olmayacaq”, – Xazaradze bəyan etdi.

Gürcüstanın keçmiş baş naziri, Giorgi Qaxariya 29 mayda “Gürcüstan üçün” partiyasını təsis etdi.