Mamuka Xazaradze bəyan edir ki, Bidzina İvanişviliyə Aeroflotun biletini aldı
Mən bu gün Bidzina İvanişviliyə Aeroflotun biletini aldm, bu Tbilisi-Moskva istiqamətidir, – bu barədə “Lelo” hərəkatının təsisçisi, Mamuka Xazaradze bəyan etdi.
“Xazaradzenin qeyd etdiyinə görə, bir neçə gün bundan əvvəl Bidzina İvanişvili utanmaz bəyanat verdi.
“Bidzina İvanişvili gürcü xalqına qarşı utanmaz bəyanat verdi. O dedi ki, büdcə xərcinə Kutaisi Aeroportundan 35 avroluq biletləri maliyyələşdirəcək və əhalimizi, ölkəmizdə iş yerlərini, normal, layiqli həyat istəyən insanları başqa ölkəyə göndərəcək. Bunu bizim büdcəmizlə, bizim vergilərimizlə edir və praktiki olaraq əhalimizə deyir ki, Gürcüstan gürcülərsiz. Bu gün qərar verdim ki, Bidzina İvanişviliyə bilet alım. Bu Aeroflot biletidir, Bidizna İvanişvilinin adına yazılıb, Tbilisi-Moskva istiqamətidir. Bu biletlə o, ölkəni tərk edə bilər və bundan sonra ölkə normal inkişaf yoluna duracaq”, – Mamuka Xazaradze bəyan etdi.