Mamuka Mdinaradze - Zaxarovanın bəyanatı Gürcüstanın ərazilərini işğal etmiş və Haaqada davanı uduzmuş ölkənin nümayəndəsinin təbii reaksiyasıdır
Zaxarovanın bəyanatı Gürcüstanın ərazilərini işğal etmiş və Haaqada davanı uduzmuş ölkənin nümayəndəsinin təbii reaksiyasıdır-bu barədə “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarovanın : “Haaqa Məhkəməsinin 2008-ci ildə Gürcüstandakı vəziyyətlə bağlı istintaqı ədalət mühakiməsinə yönəlik riyakarlığı və ikili standartlı yanaşmanı bir daha göstərdi”-deyə verdiyi bəyanatına Mdinaradze yuxarıdakı kimi cavab verib.
Mamuka Mdinaradze Gürcüstanın Haaqa prosesində düzgün, vətənpərvər, hüquqi mövqeyi ilə qalib gəldiyini bildirib.
“O deməyəcəkdi ki, nə yaxşı oldu Haaqada məhkəmə prosesini uduzduq. Bu bəyanat gürcülərin, Saakaşvilinin rəhbərliyi ilə qətnamə şəklində minalar qoymasına baxmayaraq, Gürcüstan ərazilərini işğal etmiş və məhkəmə davasını uduzmuş ölkənin nümayəndəsinin təbii reaksiyasıdır. Ən kiçik riski belə götürmədik və biz onların günahsız insanları öldürməkdə günahlandırdıqları qətnamənin qeydindən heç danışmırdıq. İşğalçının narativini həyata keçirdilər və öz vətənlərinə elə xəyanət etdilər ki, mina qoydular. Günahsız insanların qətlində, müharibənin başlamasında öz əsgərlərini günahlandırdılar və bu gün bizimlə burada təkəbbürlə danışırlar. Bu insanlar radikal müxalifətin başındadırlar. Əslində, Gürcüstan öz düzgün, vətənpərvər, hüquqi mövqeyi ilə Haaqa prosesində qalib gəlməyimizə nail oldu. Bu, Gürcüstan dövlətinin tarixi qələbəsidir” -deyə Mamuka Mdinaradze açıqlayıb.