Mamuka Mdinaradze - "Vetting sistemi" mövzusu bağlıdır, biz dostlarımıza arqumentlər təqdim edəcəyik və ölkənin suverenliyinə bu cür müdaxilənin niyə mümkün olmadığını izah edəcəyik
Mamuka Mdinaradze - "Vetting sistemi" mövzusu bağlıdır, biz dostlarımıza arqumentlər təqdim edəcəyik və ölkənin suverenliyinə bu cür müdaxilənin niyə mümkün olmadığını izah edəcəyik

Gürcüstandakı xarici ölkə vətəndaşları Gürcüstan hökumətinin qollarının dürüstlüyünü yoxlaya bilməyəcəklər, bu qeyri-mümkündür, – bu barədə parlament çoxluğunun lideri Mamuka Mdinaradze bildirib.

Mdinaradzenin sözlərinə görə, “Vetting sistemi” mövzusu bağlıdır.

“Biz bu mövzuda dostlarımıza istənilən formatda arqumentlər təqdim edəcəyik və ölkənin suverenliyinə niyə müdaxilə edilə bilməyəcəyini izah edəcəyik. Ölkənin suverenliyinə bu cür müdaxiləyə yol vermək olmaz. Bu mövzu ilə bağlı bütün təfərrüatları dostlarımıza izah edəcəyik”, – deyə Mdinaradze bildirib.