Mamuka Mdinaradze - təəssüf ki, bəzi avropalı həmkarlar əhəmiyyətsiz və konkret gələcək planlara xələl gətirəcək məsələləri mühüm sənədlərə daxil etməyə çalışırlar
Bu termindən istifadə etdiyimiz üçün üzr istəyirik, lakin çox təəssüf ki, bəzi avropalı həmkarlarımız bir tərəfdən əhəmiyyətsiz, digər tərəfdən isə konkret gələcək planlara xələl gətirəcək məsələləri yenidən mühüm sənədlərə daxil etməyə çalışırlar, çünki bu kimi məsələlərin daxil edilməsi və daxil edilməsinə cəhd digər mühüm problemlər yaradır -bu barədə Avropa Parlamentinin qətnaməsi ilə bağlı parlament çoxluğunun deputatı Mamuka Mdinaradze bildirib.
“Bu istiqamətdə əvvəlki qətnaməni xatırlayırsınız. Ölkəmizə ziyan vurmaqda təkcə Milli Hərəkatın lobbiçiləri və tapşırıq verənləri deyil, həmkarlarımızın da iştirak etməsi daha da təəssüfdoğurucudur. Əgər onlar heç olmasa ölkə üçün vacib olan milli maraqlarla bağlı məsələlərdə birləşə bilsəydilər, bu halda ölkəmizə daha az ziyan dəyəcək, daha dəqiq desək, ölkəmizin gələcək perspektivləri daha da möhkəm olardı. Təəssüf ki, bu barədə düşünmürlər. Onlar son nəticədə ölkənin xarici imicinə və Avropa gələcəyinə xələl gətirəcək bu kimi məsələlərə partiya maraqlarını necə daxil etmək barədə düşünürlər. Bu, ölkənin xarici imicinə xələl gətirmək üçün qeyri-vətənpərvər motivlərlə hesablanıb”- deyə Mamuka Mdinaradze bildirib.