Mamuka Mdinaradze – Siyasi gündəm Saakaşvilinin bəyanatları deyil, görüləcək işlər olmalıdır

16:28, 02.11.2021

Cəmiyyət bizdən konkret işlər tələb edir və Mixeil Saakaşvilinin açıqlamaları artıq maraqlı deyil, – deyə “Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze bildirib.

Mdinaradzenin sözlərinə görə, siyasi gündəm Saakaşvilinin bəyanatları deyil, görüləcək işlər, bu mövzularda müzakirələr və debatlar olmalıdır.

“Bu adamın açıqlamaları artıq maraqlı deyil, biz onları keçmişə buraxmalıyıq. Onun marağı odur ki, hansısa bəyanat versin, sonra danışarıq və bu, siyasi gündəm olmalıdır. Siyasi gündəm bu mövzularda görüləcək işlər, əsaslandırma və mübahisələr olmalıdır. Cəmiyyət bizdən konkret işlər, konkret islahatlar tələb edir – yox ki, kimsə bəyanatlar verib, hansısa axmaq bəyanatlar verib, sonra deyirlər, ya yox, mən bu barədə ümumiyyətlə danışmayacağam”, – deyə Mamuka Mdinaradze bildirib.

Oxşar