Mamuka Mdinaradze - Sanksiya hazırlayırıq, hansına əsasən, nə Mixeil Saakaşvili, nə də digər xarici ölkə vətəndaşları Gürcüstanın seçki agitasiyasına qoşula bilməyəcəklər
Mamuka Mdinaradze - Sanksiya hazırlayırıq, hansına əsasən, nə Mixeil Saakaşvili, nə də digər xarici ölkə vətəndaşları Gürcüstanın seçki agitasiyasına qoşula bilməyəcəklər

Sanksiya hazırlayırıq, hansına əsasən, nə Mixeil Saakaşvili, nə də digər xarici ölkə vətəndaşları partiya lideri olaraq, Gürcüstanın seçki agitasiyasına qoşula bilməyəcəklər, – bu bəyanatı “Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze verdi.

Onun dediyinə görə, xarici ölkə vətəndaşlarının seçki agitasiyasında iştirak etməsi qanunla qadağandır, ancaq indiyə qədər mövcud olan 2000 larilik cərimə sanksiyası Mixeil Saakaşvili üçün maneə olmadı. Ona görə də, yeni təşəbbüslə, gərəkən sanksiyalar tətbiq olunacaq.

“2000 larilik cərimə Saakaşviliyi tuta bilməz, ancaq desək ki, siyasi partiyanızın qeydiyyatı dayandırılacaq, partiya onu lider seçməkdən imtina edəcək.

Yoxsa elə, Jirinovski dəsə ki, “Avropa Gürcüstanının” lideriyəm və Bokeriya da bunu təsdiqləsə, sizcə buna qarşı sərt təbir olaraq, 2000 larilik sanksiya yetərlidir mi?”- dedi Mamuka Mdinaradze.