Mamuka Mdinaradze Şalva Papuaşvilinin Ukraynaya səfər edəcək parlament nümayəndə heyətinə rəhbərlik edib-etməyəcəyinin müəyyən məsələlərdən asılı olduğunu bildirib
Mamuka Mdinaradze Şalva Papuaşvilinin Ukraynaya səfər edəcək parlament nümayəndə heyətinə rəhbərlik edib-etməyəcəyinin müəyyən məsələlərdən asılı olduğunu bildirib

 

“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradzenin sözlərinə görə, Gürcüstan parlamentinin sədrinin Ukraynaya səfər edəcək parlament nümayəndə heyətinə rəhbərlik edib-etməyəcəyi müəyyən məsələlərdən asılıdır. Mdinaradzenin sözlərinə görə, bəzi məsələlər bağlanılasıdır.

Belə ki, Mdinaradze dost ölkənin hakimiyyət nümayəndələri tərəfindən təhqiramiz bəyanatların verildiyinə , Gürcüstan hakimiyyətinin Gürcüstanda guya qara dəliklərin olmasında ittiham olunduğuna, həmçinin səfirin geri çağırılması məsələsinə vurğu edir.

“Bizim tərəfimizdən ultimatumun verilməsinə dair məsələ yanlışdır, lakin bəzi məsələlər həqiqətən də bağlanılasıdır. Ümid edirəm bəzi məsələlərə aydınlıq gələcək, bu müsbət istiqamətdə gediləcək və durub-oturub qara pişik axtarılmayacaq. Görüşdə Ukrayna parlamentinin sədrinin telekanallardan birində bağlantısının olduğu məlum oldu. Müvafiq olaraq, hesab edirəm ki, bu bağlantı və digər kommunikasiyalar zamanı bu məsələlər bağlanacaq, başa çatacaq və nümayəndə heyətinə Gürcüstan parlamentinin sədrinin rəhbərlik etməsinə əlavə əsaslar yaranacaq. Kəskin şəkildə qaldırılan məsələlər və dost ölkənin hakimiyyət nümayəndələri tərəfindən səsləndirilən təəssüf ki təhqiramiz ifadələr bağlanacaq, arxa plana keçəcək və bu, Gürcüstan parlamentinin sədrinin Ukraynaya başsağlığı verməyə getməsi üçün əlavə səbəb olacaq. Bu səfər , götürək texniki detallar , format , kimin, nə qədər insanın gedəcəyi və s. Ukrayna hakimiyyətinin nümayəndələrinin mövqeyindən asılıdır. Əsas odur ki, parlament çoxluğunun nümayəndələri Ukraynaya səfər edəcək. Təəssüf ki, Gürcüstan hökuməti günahlandırıldı və Gürcüstanda guya qara dəliklərin olmasına dair ittihamlara görə ictimaiyyət özünü təhqir olunmuş hiss etdi. Təbii ki, bununla bağlı mövqe dəyişikliyi olmalıdır.

Bu vəziyyətdə qalmalıyıq və belə səfər yenədə təşkil edilməlidir mi? Müharibə partiyasının liderləri yüksək vəzifədədirlər və bu problemdir mi? – müəyyən mövqelər olacaq. Təəssüf ki, bu gün dost ölkə bizə qarşı diplomatik demarş şəraitindədir. Səfir əvvəlcə Gürcüstandan çağırıldı, sonra Gürcüstanın layiq olmamasına baxmayaraq vəzifəsindən uzaqlaşdırıldı. Bu şərtlər altında bu mövqeyə də yenidən baxılmasa, narahatlıq yaradar. Hesab edirəm ki, səfir məsələsində müəyyən mövqe dəyişikliyi olmalıdır. Bundan irəli gələrək, Gürcüstan parlamentinin sədrinin nümayəndə heyətinin rəhbəri olub-olmayacağı bu məsələlərdən asılıdır” -deyə Mdinaradze bildirib.

Mdinaradzenin sözlərinə görə, nümayəndə heyətinin tərkibində əksəriyyətindən iki-üç nəfər olacaq.

Eyni zamanda Mdinaradze qeyd edir ki, Gürcüstan hər zaman Ukraynanı dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

“Nümayəndə heyətinin tərkibinə gəlincə, Davit Serqeenko, Arçil Talakvadze və s. əksəriyyətdən iki-üç nəfər gedəcək. Əsas odur ki, Gürcüstan hər zaman Ukraynanı dəstəkləyib və biz bundan sonra da dəstəkləyəcəyik. Bu ölkəni kimin müharibəyə sürükləməyə çalışdığını müəyyən etsəkdə müxalifətlə birlikdə heyətdə olmağa, Ukraynanı dəstəkləməyə, başsağlığı verməyə hazırıq. Əhali ilə hökumətin bir-birindən ayrılmasına dair çirkin spekulyasiyalara son qoyulmalıdır. Bunun bir sonu olmalıdır, o cümlədən dost ölkənin hakimiyyət nümayəndələri tərəfindən əsası olmayan təhqirlərə də son qoyulmalıdır” -deyə Mamuka Mdinaradze bildirib.

Mövcud məlumata görə, Gürcüstan parlamentinin nümayəndə heyəti həftənin sonunda Ukraynaya səfər edəcək.