Mamuka Mdinaradze - sabahdan etibarən ombudsmanlığa namizədlə bağlı məsləhətləşmələrə başlayacağıq, konkret namizədlərdən danışmırıq, ilk növbədə müxalifət nümayəndələrini dinləyəcəyik
Mamuka Mdinaradze - sabahdan etibarən ombudsmanlığa namizədlə bağlı məsləhətləşmələrə başlayacağıq, konkret namizədlərdən danışmırıq, ilk növbədə müxalifət nümayəndələrini dinləyəcəyik

 
“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze sabahdan etibarən ombudsmanlığa namizədlə bağlı məsləhətləşmələrə başlayacaqlarını bildirib.

O , müxalifət nümayəndələri ilə məsləhətləşmədən konkret namizədlərin dəstəklənməsindən danışmayacaqlarını qeyd edib.

“Sabahdan məsləhətləşmələrə başlayacağam, nə qədər vaxt, nə qədər gün çəkəcəksə. Hələ ki, təşəbbüs göstərməyiblər, hansısa namizəd haqqında danışmağa başlamayıblar. Konkret namizədlərdən biz də danışmayacağıq, ilk növbədə onların kimə dəstək şansı verdiklərini dinləyəcəyik, heç bir namizədə simpatiya belə göstərməyəcəyik. Onlarla düşünməyə və fikirləşməyə başlayacağıq. Biz namizəd irəli sürməmişik və onlardan təşəbbüs irəli sürülməsinə çalışacağıq. Bu gün kiməsə dəstək olsaydıq, əminəm ki, bizim dəstəyimizə görə ona dəstək verməzdilər. Bu səbəbdən, öz mövqelərini özləri müəyyən etsinlər”- deyə Mamuka Mdinaradze bildirib.