Mamuka Mdinaradze - Saakaşvili, Qvaramia, Xazaradze və Qaxaria bir əldən idarə olunan agenturadır, xalq onlara verilən hər bir səsin ölkənin varlığı üçün böyük təhlükə olduğunu bilməlidir
Saakaşvili də, Qvaramia da, Xazaradze də, Qaxaria da bir əldən idarə olunan agenturadır, xalq onlara, istənilən birinə verilən hər bir səsin təkcə bizim dinc və ləyaqətli sabahımız üçün deyil, həm də ölkənin varlığı üçün də böyük təhlükə yaratmaq olduğunu bilməlidir – bu haqda “Gürcü Arzusu” fraksiyasından Mamuka Mdinaradze bildirib.
Mdinaradze bildirib ki, cəmiyyət hər şeyi çox yaxşı görür, agenti milli maraqlarla hərəkət edən siyasətçidən yaxşı seçir, ağı qaradan seçməyi yaxşı bilir, siyasi dərrakəsi də var, lakin yenə də konkret faktları yada salmaq lazımdır.
Mamuka Mdinaradzenin bəyanatına əsasən, aydındır ki, “Milli Hərəkat” rejiminin nəsə bir bəraəti ola bilməz, lakin bu da bir həqiqətdir ki, bu insanları addım-addım vətənə qarşı agentlik avantürasına çəkiblər və yalnız bütün çirkin və cinayətkar işlərə sonda imza atdırıblar.
“Gürcü Arzusu” fraksiyasının sədri, bu gün Xazaradzenin, eləcə də Saakaşvili, Qvaramia və digər kollektiv agenturanın öz sahiblərinin səssiz itaətində olduğunu bildirib.
Bununla yanaşı, Mdinaradze bildirir ki, əgər Saakaşvili və onun komandasını sahibləri yavaş-yavaş, mərhələli şəkildə işə çəkib və çoxlu amansız cinayətlərə imza atdırıblarsa, bütün bunlar Qaxaria və Xazaradzenin gözü qarşısında baş verirdi.