Mamuka Mdinaradze Rustaveli prospektinə gedərək yolkanın işıqlandırılması tədbirində iştirak etməyi planlaşdıran vətəndaşlarla görüşüb
Mamuka Mdinaradze Rustaveli prospektinə gedərək yolkanın işıqlandırılması tədbirində iştirak etməyi planlaşdıran vətəndaşlarla görüşüb

“Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze Rustaveli prospektinə gələrək yolkanın alovlanması mərasimində iştirak etməyi planlaşdıran vətəndaşlarla görüşüb.

Mamuka Mdinardze onlara müraciət edib ki, bu gün dağılsınlar, daha yaxşı olar.

“Olmaz, zəhmət olmasa, alınmayacaq, yalvarırıq, gedək, ayrılaq, zəhmət olmasa, sakitləşin, ayrılaq”. – Mdinaradze vətəndaşlara müraciət etdi.

Mamuka Mdinaradze “TV Pirveli” telekanalının jurnalistinin yolkanın yandırılması tədbirinin niyə təxirə salınması sualına “istədiyiniz baş verməməsi üçün” cavabını verib.

Şəhərin meri Kaxa Kaladze yolkanın işıqlandırılması tədbirinin təxirə salındığını elan edib. “Yolkanın yandırılması tədbiri o zaman baş verəcək ki, radikal müxalifət uşaqlara çəpər olmayacaq. Bu gün radikal faşizmə son qoyulmalı olduğuna daha bir sübutdur”. – Kaxa Kaladze qeyd etdi.