Mamuka Mdinaradze - Reqlamentə əsasən, parlamentin ilk iclasında, deputatların səlahiyyətlərinin dayandırılması məsələsini müzakirə etməliyik
Mamuka Mdinaradze - Reqlamentə əsasən, parlamentin ilk iclasında, deputatların səlahiyyətlərinin dayandırılması məsələsini müzakirə etməliyik

Bizim opponentlərimiz bunu ultimatum olaraq qəbul etməsinlər, sadəcə olaraq, reqlamentə əsasən, parlamentin ilk iclasında, deputatların səlahiyyətlərinin dayandırılması məsələsini müzakirə etməliyik, – bu bəyanatı “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze müxalifət deputatlarının mandatlarının ləğv olunması ilə bağlı verdi.

Mdinaradzenin dediyinə görə, bu parlament əksəriyyətinin qərar verməsi gərəkən bir prosedur məsələsidir.

“Bunun əsası isə, müxalifət deputatları tərəfindən verilən bəyanatlardır. Bundan irəli gələrək, parlament onların səlahiyyətlərinin dayandırılması məsələsini müzakirə etməlidir. Ona görə də, ilk iclasda bu məsələyi müzakirə etməliyik”, – dedi Mamuka Mdinaradze.