Mamuka Mdinaradze - "Quruculuq Strategiyası", "Lelo", "Qirçi-Daha çox azadlıq" və "Droa" əslində mövcud deyil, “Milli Hərəkatın” qoludur
Mamuka Mdinaradze - "Quruculuq Strategiyası", "Lelo", "Qirçi-Daha çox azadlıq" və "Droa" əslində mövcud deyil, “Milli Hərəkatın” qoludur

 

Biz bu partiyalardan onsuz da bir partiya olaraq bəhs edirik. Belə partiyalar əslində mövcud deyil, onlar “Milli Hərəkat”ın qoludur-bu barədə “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze “Quruculuq Strategiyası”, “Lelo”, “Qirçi –Daha çox azadlıq ”və “Droa” hərəkatının alyansda mümkün birləşməsi ilə bağlı suala cavab olaraq bildirib.

O , əslində bir partiyanın – Gürcüstana qarşı tapşırıqları yerinə yetirən “Milli Hərəkat”ın olduğunu açıqlayıb.

“Onlar hələ də bir yerdədirlər, eyni platformadadırlar, hələ də “Milli Hərəkat”dadırlar və “Milli Hərəkatın” işini görürlər, tapşırıqlarını yerinə yetirirlər, fikrimcə bu qərarın məqsədi və əsası birlikdə hərəkət etmək idi. Nə “Lelo”, nə “Quruculuq Strategiyası”, nə “Droa”, nə də Zura Caparidze-“Qirçi”, əslində belə bir partiya yoxdur, Gürcüstana qarşı tapşırıqları yerinə yetirən bircə “Milli Hərəkat” var. Bundan irəli gələrək, onlar ayrı, birlikdə və s. birdirlər və eyni işi görürlər, bunun adı Gürcüstan əleyhinə fəaliyyətdir. Ölkə daxilində nə etsələr də, hakimiyyətə ziyan vura bilmirlər, əksinə, onlar üçün nə qədər məyusedici olsa da, “CRRC”nin və “NDİ”ın araşdırmaları da göstərdi ki, “Gürcü Arzusu”nun reytinqi artıb. Hətta “CRRC”nin sorğusunda bizim reytinqimiz bütün bu partiyaların reytinqinin cəmindən yüksəkdir. “Arzu”nun reytinqinin yüksəlməsi onların ölkə daxilindəki əməllərinin nəticəsidir, lakin pisi odur ki, Gürcüstan vətəndaşlarının və ölkəmizin beynəlxalq imici ölkədən kənarda zədələnir. Onlar Gürcüstana ölkədən kənarda ziyan vururlar və bu, ən təəssüfdoğurucudur. Bu, ölkəyə qarşı düşmənçilik və vətənsizlikdir” -deyə Mdinaradze bildirib.

“Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadze müxalifətin xalqa oğurlanmış vətənlərini qaytaracaq ümumi milli, avropayönümlü hərəkata başlamalı olduğunu açıqlayıb, lakin onun sözlərinə görə “bu birlik koalisiya ola bilməz”. “Lelo”nun üzvü Ana Natsvilişvili bildirib ki, “indiki mərhələdə heç bir partiya ilə koalisiya yaratmaq məsələsi müzakirə edilmir”.