Mamuka Mdinaradze parlament çoxluğunun siyasi qruplarla bağlı Dekanoidze-Qotsiridzenin qanun layihəsini dəstəkləyəcəyini bildirib
Mamuka Mdinaradze parlament çoxluğunun siyasi qruplarla bağlı Dekanoidze-Qotsiridzenin qanun layihəsini dəstəkləyəcəyini bildirib

 

Parlament çoxluğu parlamentin siyasi qruplar ilə bağlı Xatia Dekanoidze və Roman Qotsiridzenin təşəbbüsü ilə irəli sürülmüş qanun layihəsini dəstəkləyəcək.

Bu barədə “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze parlament çoxluğunun iclasından sonra keçirilən brifinqdə açıqlayıb.

Söhbət qəbul ediləcəyi təqdirdə “Milli Hərəkat” fraksiyasından çıxan deputatlara siyasi qrup yaratmağa imkan verəcək dəyişikliklərdən gedir.

Bundan əvvəl parlament çoxluğu dəyişikliklərin sürətləndirilmiş şəkildə müzakirəsini dəstəkləyib.