Mamuka Mdinaradze parlament çoxluğunun İctimai Yayımçının büdcəsinin ən azı on faizini bədii , sənədli filmlərin və serialların maliyyələşdirilməsinə ayırması ilə bağlı dəyişiklikləri dəstəkləyəcəyini bildirir
Qanun layihəsinə əsasən, İctimai Yayımçı büdcəsinin ən azı on faizini televiziya sənədli filmləri istiqamətində xərcləmək öhdəliyi daşıyacaq-bu barədə “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze açıqlayıb.
“İctimai Yayımçı haqqında qanunda ictimaiyyətin bilməsi üçün maraqlı yeniliyimiz var. İctimai Yayımçının büdcəsinin 15 faizinin Acaranın İctimai Yayımçısı üçün istifadə edilməsi şərtindən başqa; Gələn il bu 16 faiz, ondan sonrakı il isə 17 faiz olacaq. Bu şərtdən başqa, televiziya sənədli filmləri ilə bağlı olduqca maraqlı və fikrimcə, çox yaxşı yenilik var. İctimai Yayımçı öz büdcəsinin ən azı on faizini sənədli televiziya filmlərinə xərcləmək öhdəliyi daşıyacaq. Fikrimcə, bu, sahə üçün böyük stimul və irəliyə doğru atılan böyük addım olacaq, bu səbəbdən biz bu şərti dəstəkləyəcəyik. Həmçinin başqa məsələlər də var”- deyə Mamuka Mdinaradze açıqlayıb.
O, parlament çoxluğunun prinsiplər səviyyəsində dəyişiklikləri dəstəkləməyə hazır olduğunu və qanun layihəsinin növbəti sessiya həftəsində səsverməyə çıxarılacağını bildirib.
Qanun layihəsini Rati İonatamişvili təqdim edib.
“Yayımçı haqqında” qanuna düzəlişlər Gürcüstan parlamentinin bürosuna mayın 22-də təqdim edilib, düzəlişlərə əsasən, İctimai Yayımçı büdcəsinin ən azı on faizini gürcü bədii, sənədli telefilmlərə və seriallarının maliyyələşdirilməsinə ayırmalıdır.