Mamuka Mdinaradze - ombudsmanın seçilməsi zamanı səsvermənin açıq olması ilə bağlı parlament müxalifətindən Levan İoselianinin təklifini dəstəkləyəcəyik
“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze hakim komandanın parlamentdə ombudsmanın seçilməsi zamanı səsvermənin açıq olması ilə bağlı Levan İoselianinin təşəbbüsünü dəstəkləyəcəyini bildirib.
Mdinaradze partiya iclasından sonra bildirib ki, hakim komanda müxalif deputat Levan İoselianinin təşəbbüsünü dəstəkləyəcəkləri barədə razılığa gəlib.
Bununla yanaşı, Mamuka Mdinaradze partiyanın iclasında müzakirə olunan digər məsələlərdən də danışıb.
“Sabah komitə sədrləri seçiləcək, söhbət “Gürcü Arzusu”nun təqdim etdiyi namizədlərdən gedir. Üçüncü məsələ reqlamentdə dəyişikliklərlə bağlı idi. Avropanın tövsiyəsinə uyğun olaraq, söhbət parlament nəzarətinin keyfiyyətindən gedir, parlamentin siyasi qrupları, o cümlədən prosedur komitəsi işləyib və bir sıra dəyişikliklər daxil ediləcək. Həmçinin, ombudsmanın seçilməsi zamanı səsvermənin açıq olması ilə bağlı parlament müxalifətindən Levan İoselianinin təklifini dəstəkləyəcəyik. Bununla əlaqədar mənim şəxsi mövqeyim digər məmurların seçimi zamanı da səsvermənin açıq olması idi. Sabah bu məsələni qaldıracağam. Növbəti məsələ də həmçinin Avropa tövsiyəsi idi, söhbət Strasburq praktikası ilə uyğunlaşdırmadan gedir və bu hissədə də, prinsipcə, QHT sektorundan demək olar ki, bütün iradlar nəzərə alınıb və müvafiq qanuna çoxsaylı dəyişikliklər daxil edilir. Bununla yanaşı, cümə günü səhiyyə naziri ilə interpelyasiya olacaq” -deyə Mdinaradze bildirib.
Həmçinin, Mdinaradze hakim komandanın dövlət auditoru vəzifəsinə Tsotne Ğavlaşvilinin namizədliyini dəstəkləyəcəyini bildirib.