Mamuka Mdinaradze - ölkədə təəssüf ki, diqqətdən kənarda qalan bir çox böyük layihələr həyata keçirilir, infrastruktur naziri parlamentdə məhz bu barədə danışacaq
Mamuka Mdinaradze - ölkədə təəssüf ki, diqqətdən kənarda qalan bir çox böyük layihələr həyata keçirilir, infrastruktur naziri parlamentdə məhz bu barədə danışacaq

 

“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradzenin verdiyi məlumata əsasən, mayın 25-də infrastruktur naziri parlamentdə Nazir Saatı formatında çıxış edəcək, mayın 27-də isə baş nazir, xarici işlər, iqtisadiyyat və ədliyyə nazirləri interpelyasiya qaydası ilə qanunverici orqana gedəcəklər.

Bu barədə Mdinaradze bu gün keçirilən brifinqdə bildirib.

Mdinaradzenin qiymətləndirməsinə görə, cari həftə parlament üçün kifayət qədər dolu və maraqlı olacaq.

“Birisi gün Nazir Saatı formatı olacaq və bu formatda Gürcüstanın reqlamentinin tələblərinə əsasən, infrastruktur naziri Gürcüstan parlamenti qarşısında çıxış edərək, siyasi narahatlıqlar fonunda təəssüf ki, diqqətdən kənarda qalan bir çox mövzulara toxunacaq. Həmçinin, cümə günü çox dolu və maraqlı bir gün – interpelyasiya günü olacaq, xarici işlər naziri, baş nazir, iqtisadiyyat və ədliyyə nazirləri fraksiyamız və müxalifət partiyalarının parlament fraksiyaları tərəfindən onlara göndərilən suallara əsasən qanunverici orqanda çıxış edəcəklər. Bununla sessiya həftəsi başa çatacaq. Bir çox böyük, cari layihələr həyata keçirilir, bu diqqətdən kənarda qalır, infrastruktur naziri bu barədə çərşənbə günü danışacaq” -deyə Mdinaradze bildirib.