Mamuka Mdinaradze - Nazirlərimiz öz sahələrinin professionallarıdırlar, baş nazir onların əvəz edilmələrini gərək hesab etmədi və məncə bu doğru qərardır
Mamuka Mdinaradze - Nazirlərimiz öz sahələrinin professionallarıdırlar, baş nazir onların əvəz edilmələrini gərək hesab etmədi və məncə bu doğru qərardır

Nazirlərimiz öz sahələrinin professionallarıdırlar, baş nazir onların əvəz edilmələrini gərək hesab etmədi və məncə bu doğru qərardır, – bu bəyanatı “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze verdi.

Mamuka Mdinaradze qeyd etdi ki, Gürcüstan iqtidarında professiyonal kadrlar çoxdur.

Yeni Ədliyyə Naziri olaraq, Qoça Lordkipanidzenin təyin olunması ilə bağlı Mamuka Mdinaradze qeyd etdi ki, o güclü professiyonal və öz sahəsini yaxşı bilən bir insandır.

“Onun bir çox çıxışlarını dinləmişik. Düşünürəm ki, o çox müvəffəqiyyətli bir nazir olacaq. İqtidar dəstəmizdə bütün kadrlar professiyonaldır və pandemiya müddətində bunu daha bariz şəkildə gördük. Ölkədə yaranan krizisdən tez zamanda çıxa bilmək üçün müsbət dinamika gücləndirilməlidir və professiyonal olan nazirlərə bu mərhələdə daha çox ehtiyyac var.  Baş nazir Giorgi Qaxaria nazirlərin əvəz edilmələrini gərək hesab etmədi və məncə bu doğru bir qərardır” – dedi Mamuka Mdinaradze.