Mamuka Mdinaradze – müxalifət ən pis yuxularında belə "Gürcü Arzusu" tərəfindən tövsiyələrin yerinə yetiriləcəyini təsəvvür etmək istəmir, sabotajla məşğuldurlar
Müxalifət partiyaları Aİ-nin tövsiyələrinin icrası prosesini sabotaj etmək üçün əllərindən gələni edirlər və indi yeni bir söz – çoxtərəflilik icad ediblər. Bu, onların həm bura gəlmələri üçün, həm də destruktiv hərəkətlərinə və ya dırnaq arası küçədə etiraza haqq qazandırmaq üçün lazımdır-bu barədə “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze bildirib.
Onun sözlərinə görə, müxalifət tövsiyələrin həyata keçirilməsini istəmir.
“Onlar görürlər ki, hakim komanda tərəfindən aparılan proses eyni qrafik üzrə gedir, intensiv iş aparılır, avqust ayında onlarla görüş keçirilib ki, bu da planın bu mərhələyə çatdırılmasını və nəzərdə tutulan müddətdə həyata keçirilməsini təmin edib. Onlar bütün tövsiyələrin nəzərdə tutulmuş müddətdə tamamlanmasından narahatdırlar və bu onların işinə gəlmir. Ən pis yuxularında belə “Gürcü Arzusu” tərəfindən tövsiyələrin yerinə yetiriləcəyini və qərarların veriləcəyini təsəvvür etmək istəmir, sabotajla məşğuldurlar. Bunu necə təqdim edəcəkləri PR məsələsidir və hətta bu hissədə də zəifdirlər” – deyə Mdinaradze bildirib.