Mamuka Mdinaradze - Müxalifət bir neçə aylığına destruktivliyi dayandırmalıdır və mən zəmanət verirəm ki, biz namizəd statusu alacağıq
Hesab edirəm ki, qlobal “Müharibə Partiyası” və onun Gürcüstandakı agentliyinin buna qarşı mübarizə aparmasına baxmayaraq, namizəd statusu almaq şansı var-bu haqda “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze bəyan edib.
Onun sözlərinə görə, müxalifət zərərli hərəkətlərinə son qoysa, ölkə namizəd statusunu alacaq.
“Qoy gürcü müxalifəti pis əməllərdən əl çəksin və biz mütləq namizəd statusunu alacağıq. Buna mən, bir insan, deputat kimi deyil, vətəndaş olaraq zəmanət verirəm. Bir neçə ay ərzində onlar tövsiyələrə, namizəd statusuna qarşı etdiklərini dayandırmalıdırlar və sizə zəmanət verirəm, biz namizəd statusunu alacağıq”, – deyə Mamuka Mdinaradze jurnalistlərə bildirib.