Mamuka Mdinaradze mitinq iştirakçılarından birinin göndərdiyi mesajı dərc edir
Parlament çoxluğunun lideri Mamuka Mdinaradze sosial şəbəkədə mitinq iştirakçılarından birinin ona göndərdiyi mesajın “screeni” dərc edir.
“Mamuka, burada pis sözlər danışılır, qurban haqqında sizinkilər çox diqqətli olsunlar, hamıya xəbərdarlıq edin. Mənim adımı heç yerdə çəkməyin, sözün əsl mənasında məni öldürəcəklər. Bundan əlavə, polisə alışan boya səpmək üçün dronlardan istifadə edəcəklər. O “spichka”, siqaretlə, alışa bilər. Bir sözlə, ehtiyatlı olun”, – deyə Mamuka Mdinaradzenin nəşr etdiyi “screendə” yazılıb.