Mamuka Mdinaradze - Milli Hərəkatçılar İvanişvilinin siyasətdən getdiyini bilirlər, lakin şüuraltı bu onları o qədər narahat edir ki, onun bu ölkədə varlığını belə problem hesab edirlər
Mamuka Mdinaradze - Milli Hərəkatçılar İvanişvilinin siyasətdən getdiyini bilirlər, lakin şüuraltı bu onları o qədər narahat edir ki, onun bu ölkədə varlığını belə problem hesab edirlər

 

Səmimi şəkildə inanıram ki, Milli Hərəkatçılar İvanişvilinin siyasətdən getdiyini dəqiq bilirlər, lakin şüuraltı bu onları o qədər narahat edir ki, zamanında o qədər ağır siyasi travma alıblar ki, onun bu ölkədə varlığını, hətta mövcudluğunu belə problem olaraq görürlər- deyə “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze jurnalistlərə açıqlamasında bildirib .

Mdinaradzenin də qeyd etdiyi üzrə, Bidzina İvanişvilinin bu ölkədə fiziki mövcudluğu belə “Milli Hərəkat”ın üzvlərini qorxudur.

“Təsəvvür edin, fiziki olaraq bu insanın mövcudluğu və ölkədə olması belə onları qorxudur. Bu, onları o qədər qorxudur və o qədər psixoloji travma yaşadır ki, tapşırıq verənlər, lobbiçilər deyirlər ki- vətənpərvərdisə, ölkədən getsin, yəni vətənpərvərliyi ölkədən getməklə əlaqələndiriblər. Düşdüyümüz cəfəngiyyatı təsəvvür edin – deyə Mamuka Mdinaradze bildirib.